top of page

Əliyev Cavid
Ceyhun oğlu
18.03.2004 – 21.09.2023

Foto

Həyat hekayəsi

Cavid Ceyhun oğlu Əliyev, 2004-cü il mart ayının 18-də Mingəçevir şəhərində anadan olub. Ailədə 3 qardaşdırlar. 
 Cavid ailənin 2-ci övladıdır. O, orta təhsilini 7-ci sinifə qədər Mingəçevir şəhəri 139 saylı məktəbində təhsil alıb. Daha sonra təhsilini Bakı şəhəri Binəqədi rayonu 182 saylı məktəbdə davam etdirib. 
 2022-ci il aprel ayının 9-da müddətli həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidmətin ilk 3 ayını Gəncə şəhəri 777№-li hərbi hissədə keçirtmişdir. Andişmə mərasimindən sonra hərbi xidmətinə Qubadlı rayonunun Qaracalı kəndində Azərbaycan silahlı qüvvələrinin “Quru Qoşunları”-nın 704 №-li hərbi hissəsində davam etmişdir. 
 2022-ci il oktyabr ayının 17-də həmin hərbi hissənin “Komando” bölüyünə seçiımişdir. Həmin gündən də Hadrut qəsəbəsinə “Komando” kurslarına getmişdir. 2022-ci il dekabr ayının 24-də kursu bitirmişdir. 
 Bundan sonra təlimlərini mütəmadi olaraq Qubadlı rayonunda “Komando” bölüyündə davam etdirmişdir. 2023-cü il sentyabr ayının 9-da Komandonun tərkibində N-saylı rayonun N-saylı hərbi hissəsinə göndərilmişdir. Həmin gündən gücləndirilmiş hərbi rejimdə xidmətini davam etdirmişdir.
 2023-cü il sentyabr ayının 19-da Qarabağda keçirilən antiteror əməliyyatları zamanı Ağdərə rayonunun azadlığı uğrunda gedən döyüşlərə qatılmışdır. 
 Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi ərazisini düşməndən azad etmə əməliyyatında yaralı yoldaşını döyüş bölgəsindən çıxarıb yenidən döyüşə qatılıb.
Döyüş zamanı düşmənin atdığı mərmi partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. 
 2023-cü il senyabr ayının 21-də anadan olduğu Mingəçevir şəhər “Şəhidlər xiyabanında”dəfn olunmuşdur. 
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Cavid Əliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

bottom of page