top of page

Əsədov Səbuhi
Azər oğlu
19.01.1999 – 08.10.2020

Foto

Həyat hekayəsi

Əsədov Səbuhi Azər oğlu 19 yanvar 1999 cu ildə Suraxanı rayonunda anadan olub.Səbuhi 2005 ci ildə 85 nömrəli məktəbin 1 ci sinifinə daxil olub.Məktəb illərində Yunan-Roma güləşi ilə məşğul olub. 2016 cı ildə 85 nömrəli məktəbi bitirir. 2019 cu il iyul ayında hərbiyə yollanır.
27 Sentyabr 2 ci Qarabağ müharibəsi başlayır və əsgər yoldaşları ilə Tərtər yollanır.
Kəşfiyyatçı Səbuhi Tərtər, Talış kənd, Çaylı, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edir. 8 oktyabr düşmənin Suqovuşana əks hücumunun qarşısını alarkən Səbuhi 2 taboru ölümündən xilas edib snayperlə sol gözündən vurularaq şəhidlik zirvəsinə ucalır.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Səbuhi Əsədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə"
medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə "ordeni ilə təltif olunmuşdur.
Suraxanı rayonunda adına "Gəncləşdim Qocalmadım" bulağı və Şəhid Əsədov Səbuhi küçəsi var.

bottom of page