Həyat hekayəsi
Şəhid Qulamlı Ülvi Şahin oğlu 24. 05. 1994 - ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2001-2010 -cu illərdə Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə təhsil almışdır. Ülvi uşaq yaşlarından idmana böyük həvəsi olduğu üçün cüdo idman növü ilə məşğul olmağa başlayır. Ülvi şəhərlər arası keçirilən bir çox yarışlarda iştirak etmiş və medallarla təltif olunmuşdur. 2011- çi ildə Ülvi təhsilini Ələmdar Quliyev. adına peşə məktəbində davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnmişdir.
Ülvi 2012-ci ildə həqiqi hərbi xidmətə çağrilir və hərbi xidmətini Sumqayıt şəhərində Z.Tağıyev gəsəbəsində keçir. Ülvinin ən böyük arzusu vətənə xidmət etmək idi və məhz buna görə o, 2018 - çi ildə Tərtər rayonundakı 157 N saylı hərbi hissədə MAXE vəzifəsində xidmətə qəbul olunur. Ülvi Tovuz döyüşlərində və hərbi təlimlərdə yaxından iştirak edir . Qulamlı Ülvi 2020 - ci il sentyabr tarixdə mənfur ermənilərin başlatdığı 2-ci Qarabağ müharibəsində topcu kimi döyüşə başlayır. Suqovuşan , Talış və Ağdərənin alınmasında qəhrəmancasına döyüşür. Ülvi Qulamlı 20 oktyabr tarixdə Suqovuşanda Şəhid olur və 21 oktyabrda Mingəçevirdə şəhidlər xiyabanında dəfn olunur.
Qulamlı Ülvi Şahin oğlu ölümündən sonra Azərbaycan Respublikasınin Prizidenti İlham Əliyevin sərəncamı ilə " Vətən uğrunda ", "Suqovuşanin azad olunması" “Laçının azad olunması "medalları ilə və. lll - cu dərəcəli " Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.