top of page

Hüseynov Etibar İslam oglu
24.01.1966 - 07.06.1992

Foto

Həyat hekayəsi

Hüseynov Etibar İslam oglu 24.01.1966-cı ildə Sədərəkdə kinomexanik ailəsində anadan olmuşdur 1976-cı ildə sədərək orta məktəbinə daxil olmuş və 1984-cü ildə həmin məktəbi bitirmişdir. Sonra orduya xidmətə cagrılıb. Etibar uzaq Xabarovsk vilayətində xidmət edib 1986-cı ildə xidməti başa vurub dogma torpağa dönmüşdür. Sədərk üzümcülük sovxozunda fəhlə kimi calışıb. 1991-ci ildə isə Sədərək rayon DİN də polis serjantı rütbəsi ilə sürücü vəzifəsində işləyib. Xidmət etdiyi muddət ərzində Etibar Hüseynov yaxşi işinə görə dəfələrlə təşəkkür və mükafatlar almışdır. Etibar polisin Qaz-69 markalı masının sürücüsü idi 1992- ci ildə Etibar doyüş bölgərinə döyüş sursatı daşımaqla bərabər döyüşcülərə həm də yaralılara köməkliklər edirdi bir necə dəfə o ölümlə üz üzə qalıb lakin vəziyyətdən bacarıqla cıxıb amma erməni quldurları sankı Etibar Hüseynovun sürdüyü maşını qarabaqara izləyirdilər. O, 07.06.1992-ci ildə gece saat 23:00 da sonuncu dəfə döyüşcülərlə görüşə bildi onun maşını güllədən deşik deşik olmuşdu ozu isə qəhrəmancasına döyüş bölgəsində həlak olmuşdu. Etibar Hüseynovun iki övladı var 05.05.1989-cu ildə Hüseynov Qafar Etibar oglu və 05.03.1992-ci ildə isə Hüseynov Coşqun Etibar oglu. Etibar Hüseynov övladlarına doymamış şəhidlik məqamına yüksəldi.

bottom of page